Azərbaycan Respublikası Təhsil Nazirinin 26.07.2021-ci il tarixli F-372 nömrəli əmri ilə təsdiq olunmuş "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı tədbirlər planı" nı çərçivəsində
Quba Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Aşıq Ələsgər yaradıcılığına həsr edilmiş bir sıra tədbirlər təşkil olunmuşdur.
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr edilmiş tədbirlərdə müəllimlər şairin yaradıcılıqından geniş şəkildə bəhs ediblər. Şagirdlər də öz növbəsində söz ustadının yaradıcılığından şeirlər səsləndiriblər.
Qeyd edək ki, aşıq poeziyasını zirvələrə yüksəltmiş böyük sənətkarın yubileyinin dövlət səviyyəsində qeyd olunması məqsədilə Prezident İlham Əliyev 18 fevral 2021-ci ildə sərəncam imzalayıb. Sərəncamda Mədəniyyət Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Aşıqlar Birliyinin təkliflərini nəzərə almaqla Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.