Quba rayon Təhsil Şöbəsinin “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi ilə birgə təşkilatçılığı ilə məktəblilər arasında Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə “Zəfər kuboku” turniri keçirilib.
Turnirdə Quba rayon ümumtəhsil məktəblərinin 27 komandası 4 yarımqrupda mübarizə aparıb.
Quba şəhər 1, 2, 4, 5, 6 və 7 nömrəli, Texniki Təmayüllü Lisey, Fizika, Riyaziyyat, İnformatika Təmayüllü Lisey, Rustov, I Nügədi kənd 1 nömrəli, II Nügədi kənd 3 nömrəli, Qam-qam, Püstəqasım, Səbətlər, Qımılqışlaq, Qəcər-Zeyid, Çartəpə, Hacıhüseynli, Hacıqayıb, Dağlı, Alekseyevka, Alpan, İqriq, Paşaoba, Amsar kənd, Zərdabi qəsəbə tam orta məktəblərinin mübarizəsində Quba şəhər 1 nömrəli tam orta məktəbinin “Aypara”, Quba şəhər 4 nömrəli məktəb-liseyin “Xaribülbül”, Qam-qam kənd tam orta məktəbinin “Cəsurlar”, Fizika, Riyaziyyat, İnformatika Təmayüllü Liseyin “Carpe-Diem”, Zərdabi qəsəbə tam orta məktəbinin “Fatehlər”, Hacıhüseynli kənd tam orta məktəbinin “Qurd tələsi”, Alekseyevka kənd tam orta məktəbinin “Dəmir Yumruq” və Alpan kənd tam orta məktəbinin “Harop” intellektləri final mərhələsinə vəsiqə qazanıb.
Dairəvi sistem üzrə keçirilən 7 turdan ibarət final mərhələsində Fizika, Riyaziyyat, İnformatika Təmayüllü Liseyin “Carpe-Diem” komandası 17 xalla turnirin qalibi adını qazanıb. İkinci yeri Zərdabi qəsəbə tam orta məktəbinin “Fatehlər” və Hacıhüseynli kənd tam orta məktəbinin “Qurd tələsi” intellektləri isə 11 xalla öz aralarında keçirilən oyunun nəticəsinə əsasən müvafiq olaraq ikinci və üçüncü yeri əldə ediblər.
Yekunda qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok, medal və diplomlarla təltif olunublar.