05.11.2021

Quba məktəblərində Zəfər Günü

Quba Rayon Təhsil Şöbəsinin  tabeliyindəki ümumi təhsil müəssisələrində 8 noyabr-Zəfər günü Günü ilə əlaqədar tədbirlər keçirilib.

 

44 günlük Vətən müharibəsi ərzində Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini, torpaqlarını düşmən tapdağından azad edərək, Zəfər Gününü təsis etdi. Bu zəfər ölkəmizdə xüsusi təntənə ilə qeyd olunduğu kimi, Quba məktəblərində də geniş şəkildə təşkil olundu.

Tədbir iştirakçıları tərəfindən torpaqlarımızı düşmən tapdağından azad edərkən şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi yad edildi. Daha sonra şagirdlər zəfər təntənəsi ilə bağlı mətnlər və şeirlər səsləndirdilər, qəhrəmanlıq nəğmələri və rəqsləri ifa etdilər.
 

Zəfər bayramı münasibətilə təşkil olunan tədbirlərdə qazilər,  müharibədə iştirak edən təhsil işçiləri,   Vətən Müharibəsi Qəhrəmanları - əsgərlər, qazilər, şəhid anaları və ailələri, o cümlədən, Quba kəndlərindən dəvət olunan şəhid ailələri də iştirak etdilər.


 


Açar sözlər: ,  ,