09.11.2021

9 noyabr - Dövlət Bayrağı Günü

Quba Rayon Təhsil Şöbəsinin tabeliyindəki məktəblərdə 9 noyabr – Bayraq günü ilə əlaqədar tədbirlər təşkil edilib.

 

Keçirilən tədbirlərdə Quba Rayon  Təhsil  Şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, müəllim və şagird kollektivi iştirak ediblər. Tədbirlər Dövlət Himninin səslənməsi ilə açıq elan edilib.Dövlət bayrağının yaranma tarixi ilə bağlı şagirdlərə geniş məlumat verilib.

Şagirdlər də öz növbəsində Bayraq Günü ilə bağlı mətnlər və şeirlər səsləndirdilər, rəqslər ifa etdilər.

Tədbirin sonunda  məktəb şagirdləri Dövlət bayrağını dalğalandırıblar.

 


Açar sözlər: ,  ,  ,  ,