14 noyabr 2021-ci il tarixində Quba Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) təşkil edilib.
Sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur.
Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır. Müsabiqə Azərbaycan, rus və ingilis dillərində keçirilib və 90 dəqiqə davam edib. 1-ci, 2-ci və 3-cü yerləri tutmuş şagirdlər diplom və medal ilə təltif ediləcək, digərlərinə isə iştirak sertifikatı təqdim olunacaq.
Qeyd edək ki, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində (KBRM) ümumilikdə Quba rayonu üzrə üzrə 169 şagird iştirak edib.