Taekvondo idman növü üzrə Bosniya və Herseqovinada gənc taekvondoçular arasında keçirilən Avropa birinciliyində Uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Avropa çempionu olub
12-15 noyabr 2021-ci il tarixlərində taekvondo idman növü üzrə Bosniya və Herseqovinada gənc taekvondoçular arasında Avropa birinciliyi keçirilib.
Birincilikdə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən Azərbaycan yığma komandasının tərkibində 5 nəfər idmançı mübarizəyə qoşulub.
Yarışda iştirak edən Quba rayon ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Səyyad Dadaşov 51 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.