Bu gün Quba Şəhər 7 saylı tam orta məktəbdə 17 noyabr-Milli Dirçəliş Günü ilə bağlı tədbir təşkil edilmişdir.
Məktəbdə keçirilən tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət himni səsləndirildi.
Məktəbin direktoru Paşa Süleymanov çıxışında tarix boyu təbii sərvətləri ilə zəngin olan Azərbaycanın yadellilər tərəfindən hərbi təcavüzə məruz qaldığını bildirdi. "Lakin 17 noyabr - Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpasında mühüm hadisədir. Ölkəmiz ilk müstəqillik dövründə bir çox çətinliklərlə üzləşsə də, ümummilli lider Heydər Əliyevin Vətənə qayıdışı ilə Azərbaycanın milli-siyasi azadlıq hərəkatında tamamilə yeni mərhələ başlandı". Ulu Öndərin tarixi xidmətlərindən danışan R.Qasımov diqqətə çatdırdı ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirilib. "Ümummilli Liderin sədrliyi ilə keçirilən bu sessiyanın qərarı ilə muxtar respublikanın adından "sovet" və "sosialist" sözləri çıxarıldı. Bu, müstəqillik uğrunda mübarizənin tərkib hissəsi oldu...".
Sonda şagirdlər Milli Dirçəliş Günü ilə bağlı mətnlər və şeirlər səsləndirdirib, rəqsləri ifa etdilər.