18 noyabr 2021-ci il tarixində “JW Marriott” Abşeron otelində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Regional İnkişaf” İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNİCEF) birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilib. Forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallığı ilə seçilən, xüsusi istedadı ilə fərqlənən, həmçinin Komitə tərəfindən təşkil olunan yay məktəbinin iştirakçısı olmuş, liderlik keyfiyyətlərinə malik 300 uşaq iştirak edir.
Forumda xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud, digər millətlərdən olan, valideyn himayəsindən məhrum olmuş, xüsusilə də şəhid və qazi ailələrindən olan uşaqların təmsilçiliyinə daha çox önəm verilib.
Qeyd edək ki, COVİD - 19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən xüsusi karantin rejiminin qaydaları nəzərə alınmaqla Forum hibrid iştirakçılıq formasında təşkil olunub.
Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda Quba rayonunu 5 şagird təmsil edib.Bayramzadə Nuray Şəhər 4 N-li, Babayeva Nəzrin, Rəhimova Afət Şəhər 5 N-li, Mürsəlov Kənan, Rzayeva Camalxanım Şəhər 2 N-li məktəbinin yuxarı sinif şagirdləridir.