Bu gün Quba İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gəncələr İdman-Şahmat məktəbinin binası qarşısında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 noyabr 2021-c i il tarixli, 339 nömrəli qərarı ilə Vətən Müharibəsi Qəhrəmanı şəhid Şahin Allahyarovun adınının həmin məktəbdənkənar təhsil müəsssisəsinə verilməsi münasibəti ilə tədbir təşkil edilmişdir.
Tədbirdə Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev, 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Şahin İsrafilov, təhsil işçiləri, şəhid Şahin Allahyarovun valideyinləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlmış, şəhidlərin ruhu bir dəiqəlik sükutla yad edilmişdir.Çıxışlardan sonra şəhidin adının yazıldığı xatirə lövhəsinin açılışı həyata keçirilmiş, şəhidlə bağlı hazırlanmış videoçarx nümayiş etdirilmişdir.