26.11.2021

Vətən Müharibəsi Qəhrəmanı şəhid  Mehrab Niftəliyevin xatirəsi əbəbləşdirilib.

Bu gün Quba Şəhər Texniki təmayüllü liseyin həyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 noyabr 2021-c i il tarixli, 339 nömrəli qərarı ilə Vətən Müharibəsi Qəhrəmanı şəhid Niftəliyev Mehrab Söhrab oğlunun adınının həmin təhsil müəsssisəsinə verilməsi münasibəti ilə tədbir təşkil edilmişdir.

 

Tədbirdə Quba rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev, Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev, təhsil işçiləri, şəhid Mehrab Niftəliyevin valideyinləri və ailə üzvləri, digər şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak etdilər.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlmış, şəhidlərin ruhu bir dəiqəlik sükutla yad edilmişdir.Çıxışlardan sonra şəhidin adının yazıldığı xatirə lövhəsinin açılışı həyata keçirilmiş, məktəbin dəhlizində Mehrab Niftəliyevin xatirəsinə hazırlanmış guşə ilə tanışlıqdan sonra tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir.


Açar sözlər: