13.12.2021

Qrız kəndində 20 şagird yerlik yeni modul tipli məktəb istifadəyə verilib.

Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən Qrız kəndində istifadəyə verilən məktəbin kollektivi 16 şagird və 8 müəllimdən ibarətdir.
Kənddəki köhnə məktəb binası qəzalı vəziyyətə düşdüyündən tədris üçün yararsız idi.

Qeyd edək ki, modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.


Açar sözlər: ,