12.01.2022

Bu gündən şagird yerdəyişməsi müvəqqəti dayandırılır.

Bu gündən şagird yerdəyişməsi müvəqqəti dayandırılır

 

12 yanvar saat 18:00 tarixindən etibarən  şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq. Səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlıdır.


Portalın fevral ayının ikinci yarısında yenidən aktivləşdirilməsi planlaşdırılır. 


Qeyd edək ki, buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək. 


Açar sözlər: ,