19.01.2022

Məktəblərdə 20 yanvar faciəsinin 32-ci il dönümünə həsr edilmiş tədbirlər keçirilib

 

Quba Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbirlər keçirilib.


Məktəblərdə şəhidlərin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi. Qan yaddaşımız olan bu tarixi günə həsr olunmuş şeirlər, mahnılar şagirdlər tərəfindən ifa olundu, həmin dövrün keşməkeşlərini özündə əks etdirən kompozisiya nümayiş etdirildi. 

 

Keçirilən tədbirlərdə qeyd olunub ki, 1990-cı il yanvarın 20-də milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Çıxışlarda vurğulanıb ki, 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq gün deyil, bu tarix Azərbaycan xalqının şan və şərəf günüdür.


Açar sözlər: ,