25.01.2022

Məktəblərdə monitoringlər keçirilib

 

Birinci yarımilin yekunları ilə əlaqədar rayonun ümumtəhsil məktəblərində monitoringlər keçirilib.

Əsas məqsəd tədris və təlim-tərbiyə prosesinin təşkilini və dərsə davamiyyətin yoxlanmasından ibarətdir.

Təhsilin pandemiya dövründə aparılmasına baxmayaraq şagirdlərin dərslərdə aktivliyi müşahidə edilir.

 

Havanın yağıntılı və şaxtalı dövrlərində də şagirdlərin dərsə davamiyyəti qənaətbəxşdir.

 

Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev bildirib ki, havanın şəraitindən aslı olmayaraq, yüksək ucqarlıqda yerləşən dağ kəndlərində də normal tədris mühiti davam edir.