31.01.2022

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri açıqlanıb.

22 yanvar 2022-ci il tarixində Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib, yarımfinal turunda iştirak edəcək şagirdlərin adlı siyahısı olimpiada.edu.az saytı vasitəsilə elan olunub.

 

RFO-nun rayon (şəhər) mərhələsinin ümumi nəticələrini yerli təhsil idarəetmə orqanlarından və ümumtəhsil müəssisələrindən əldə edə bilərsiniz.

 

Nəzərinizə çatdıraq ki, rayon (şəhər) mərhələsi ilə bağlı ərizələr 3 (üç) iş günü ərzində qəbul edilir.

Növbəti mərhələdə iştirak üçün buraxılış vərəqələrinin yüklənməsi 10-15 fevral 2022-ci il tarixlərində www.portal.edu.az saytı vasitəsilə həyata keçiriləcək.

 

Bütün olimpiada iştirakçılarına uğurlar arzulayırıq!


Açar sözlər: ,