11.02.2022

İrəvan Müəllimlər Seminariyasının 140 illiyi qeyd edilib

11.02.2022 ci il tarixdə Quba rayonu İkinci Nügədi kənd Oktay Məmmədov adına 1 sayı tam orta məktəbdə “İrəvan Müəllimlər Seminariyasının 140 illiyi” münasibəti ilə məktəbin dil - ədəbiyyat müəllimi Məlahət Əmrullayeva tərəfindən dəyirmi masa təşkil edilib.

 

Məktəbin direktoru, müəllim heyəti və şagirdlərin də iştirak etdiyi tədbirdə görkəmli maarifpərvər ziyalı Firidun bəy Köçərlinin İrəvan Müəllimlər Seminariyasında müəllim kimi fəaliyyətindən ətraflı danışılıb, yaradıcılıqından bəhs edilib.


Açar sözlər: ,  ,  ,  ,