21.02.2022

21 fevral - Beynəlxalq Ana Dili Günü

Bu gün Quba rayon ümumtəhsil müəssisələrində 21 fevral - Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbirlər təşkil edilib.

 

Tədbirlərdə çıxış edərkən bildirilib ki, qürur mənbəyimiz olan Ana dilimizin inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin danılmaz xidmətləri var. Bildirib ki, ulu öndərin dövlət dili siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin Ana dilinin dövlət dili kimi işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər Azərbaycan dilinin geniş şəkildə tətbiqinə və beynəlxalq səviyyədə nüfuzunun yüksəlməsinə xidmət edir.

 

Tədbirlərdə məktəb şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyalar maraqla qarşılanıb.


Açar sözlər: ,  ,  ,