01.03.2022

Coca-cola məktəbli kubokuna start verildi

01.03.2022-ci il tarixdə Quba rayon ümumtəhsil məktəblərinin VII sinif şagirdləri arasında futbol üzrə Coca-cola məktəbli kubokuna start verildi.

 

İlk qrupda mübarizə aparan Quba şəhər 2 nömrəli Təbiət fənləri təmayüllü məktəb-liseyin komandası ilk oyunda Quba şəhər TTL -in komandasını 5:0, ikinci oyunda Quba şəhər FRİTL-in eyni adlı komandasını 3:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazandı.


Açar sözlər: ,