15.03.2022

Lütfi Zadə adına məntiq olimpiadasına qeydiyyat davam edir

 

2 aprel 2022-ci il tarixində Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək.

 

Müsabiqəyə qeydiyyat müddəti 18 mart saat 12:00-a kimi uzadılıb. Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə buraxılış vərəqəsini əldə edə bilərlər.

 

Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunur. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.


Açar sözlər: