12.03.2022

Sehirli Novruz-bayram tədbiri

 

12 mart 2022 ci il tarixdə Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin tədbirlər planına əsasən şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Sehirli Novruz adlı bayram konserti təşkil olunmuşdur. Tədbir Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül qoyma və Soyqırım Memorial Kompleksini ekskursiya ilə başladı. Konsertdə Azərbaycan Respublikasının Dövlət Himn səsləndirilmiş və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

 

Bayram tədbirində Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev, Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ramin Məmmədov çıxış edərək tədbir iştirakçılarına öz xoş sözlərini bildirdilər.

 

Daha sonra Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Azad rəqs qrupunun hazırladıqları rəqslər maraqla izlənildi.


Açar sözlər: ,  ,