01.04.2022

İbtidai sinif müəllimləri arasında “Yaradıcı müəllim” müsabiqəsinin keçirilməsinə start verilib

Bu gün ibtidai sinif müəllimləri arasında “Yaradıcı müəllim” müsabiqəsinin keçirilməsinə start verilib.

İbtidai sinif müəllimlərinin yaradıcılıq qabiliyyətlərinin aşkarlanması, kommunikativ və təlim metodlarından istifadə bacarıqlarının üzə çıxarılması, didaktik qabiliyyətlərinin yoxlanılması məqsədilə Quba rayonunun ibtidai sinif müəllimləri arasında “Yaradıcı müəllim ” müsabiqəsinin keçirilməsinə start verilib. Müsabiqə rayon üzrə - qeydiyyat və daha 3 mərhələdən ibarət olmaqla 1 aprel 2022-ci il tarixdə başlayıb ( I mərhələ , 23 aprel 2022-ci il tarixdə başa çatması ( III mərhələ) nəzərdə tutulub. Mərhələlər həmin müddətə uyğun olaraq aşağıdakı kimi müəyyənləşdirilib. Birinci mərhələdə məktəb daxilində, sinif otağının tərtibatı və müsabiqədə iştirak edəcək namizədin dərs dediyi sinifdə qeydiyyatdan keçdiyi fənnin monitorinqi aparılacaq. İkinci mərhələ Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənlər təmayüllü məktəb-liseydə təşkil edilərək, müəllimlərin İKT bacarıqlarının və kommunikativ bacarıqlarının yoxlanılması məqsədilə öncədən seçilmiş fənn üzrə standart, mövzu, texniki təchizat, dərslik vəsaitləri verilməklə 120 dəqiqə vaxt ərzində dərsin slaydlarının hazırlanmasından ibarət olacaq. İkinci mərhələdə iştirak edən müəllimlərə “İştirakçı” sertifikatı verilməsi nəzərdə tutulub. Üçüncü mərhələdə müəllimlərin hazırladıqları slaydlar vasitəsilə dərsləri dinləniləcək və qaliblər müəyyənləşdiriləcək. Final mərhələyə çıxmış müəllimlər üçüncü mərhələnin “Uğurlu iştirakçı” sertifikatına, 1 , 2 və 3 - cü yer tutmuş müəllimlər isə mükafata layiq görüləcək.


Açar sözlər: ,  ,