02.04.2022

Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib

2 aprel 2022-ci il tarixində Quba rayonunda Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilir.

 

Ölkə üzrə ümumilikdə 74 mərkəzdə Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib. Olimpiadada 13000-ə yaxın, Quba rayonu üzrə 140 şagird iştirak edib.

Şagirdlər olimpiadanın nəticələrini 11 aprel tarixindən etibarən www.portal.edu.az, www.olimpiada.edu.az saytlarından və təhsil aldıqları ümumtəhsil müəssisələrindən əldə edə bilərlər.


Açar sözlər: ,