09.04.2022

"Könlüm keçir Qarabağdan" adlı respublika incəsənət festival-müsabiqəsinin rayon mərhələsi keçirilib

09 aprel tarixdə Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində "Könlüm keçir Qarabağdan" adlı respublika incəsənət festival-müsabiqəsinin rayon mərhələsi keçirilmişdir. Ümumilikdə 4 nominasiya üzrə 27 məktəbdən 80-dən çox şagird iştirak etmişdir. Münsiflər tərəfindən seçilmiş məktəblilər 25 aprel tarixində təşkil olunacaq müsabiqənin zona mərhələsində iştirak edəcək.

 

Qeyd edək ki, incəsənət festival-müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Şuşa ili" ilə əlaqədar olaraq təşkil olunmuşdur.


Açar sözlər: ,  ,