26.10.2022

Direktor müavini vəzifəsi üzrə işə qəbula start verilir

Noyabrın 1-dən etibarən ümumi təhsil müəssisələrində vakant tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, eləcə də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul prosesi ilə bağlı Regional təhsil idarələri tərəfindən sənəd qəbuluna başlanılacaq.

 

Müraciət etmək istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu Regional Təhsil İdarəsinə təqdim edə bilərlər.


Açar sözlər: ,