24.01.2023

Məktəblərdə qış tətili

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2022-2023-cü tədris ili üzrə qış tətili başlayacaq. Qış tətili 27-31 yanvar tarixlərini (5 gün) əhatə edir.

 

Tətildən sonrakı ilk dərs günü 1 fevral 2023-cü il tarixidir.

 

Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.


Açar sözlər: ,