01.02.2023

Fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

 

Yarımfinal turunda iştirak edəcək şagirdlər bu gündən etibarən portal.edu.az platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinə daxil olaraq buraxılış vərəqələrini çap edə bilərlər.

 

İnformatika fənni üzrə yarımfinal turu isə 18-19 fevral tarixlərində Bakı Ali Neft Məktəbində keçiriləcək. İnformatika fənni üzrə buraxılış vərəqələrini 3 fevral tarixindən etibarən çap etmək mümkün olacaq.  

 

Qeyd edək ki, 2022-2023-cü tədris ili üçün respublika fənn olimpiadalarında edilən əsas dəyişiklik IX, X və XI siniflərlə yanaşı, VIII sinif şagirdlərinin də olimpiadada iştirakının təmin edilməsidir.

 

Respublika fənn olimpiadalarının təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir. Sözügedən olimpiadalar Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil edilir.

 

Respublika fənn olimpiadaları Kapital Bank ilə əməkdaşlıq əsasında həyata keçirilir.


Açar sözlər: ,