01.02.2023

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi

Elm və Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsini elan edir.

 

Müsabiqənin keçirilməsində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabət və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.

 

Layihə sənədlərinin qəbulu 15 fevral-31 mart tarixlərində www.grants.edu.az  saytı üzərindən həyata keçiriləcək.

 

Qrant müsabiqəsi barədə ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.

 

 Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin elanı


Açar sözlər: ,