Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları ilə I yarımildə görülən işlər müzakirə olunub.
Tədrisin keyfiyyəti sektorunun müdiri səlahiyyətlərini icra edən Qələmşah Dostuyev ötən yarımilə dair təlim göstəricilərinin statistikasını təqdim edib, II yarımildə qarşıda duran məsələləri görüş iştirakçılarının diqqətinə çatdırıb.
Görüşdə, həmçinin məktəb rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.