06.02.2023

Polis Akademiyasına qəbulla bağlı görüş 

Quba Rayon Polis Şöbəsi Quba-Xaçmaz Regional Təhsil İdarəsi ilə Polis Akademiyasına qəbulla bağlı birgə görüş keçirib.

 

Görüşdə Quba rayonunda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin buraxılış (11) siniflərinin şagirdləri iştirak edib.

 

Çıxışçılar Polis Akademiyasına qəbul prosesi barədə ətraflı məlumat verib, məktəbliləri maraqlandıran sualları cavablandırıblar. Sonda akademiyanın tanıtım videoçarxı nümayiş olunub.