13.02.2023

Region məktəbliləri “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” IV Respublika müsabiqəsinin finalında

Elm və Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” IV Respublika müsabiqəsinin final mərhələsi keçirilib.

 

Müsabiqənin finalında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin də şagirdləri iştirak edib.  

 

Qeyd edək ki, Respublika üzrə müsabiqəyə qatılan 3000 nəfərdən 100 nəfər final mərhələsinə vəsiqə qazanıb və müsabiqə meyvəçilik, subtropik bitkilər, arıçılıq, heyvandarlıq, meşə məhsulları, tərəvəzçilik, gülçülük, dənli bitkilər, texniki bitkilər, “balaca fermer” (I-IV siniflər), Qarabağın biomüxtəlifliyi nominasiyaları üzrə aparılıb.

 

Müsabiqənin yekununa əsasən region üzrə nəticələr aşağıdakı kimi olub:

 

Quba rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri:

 

Eşqin Süleymanov “Tərəvəzçilik” nominasiyası üzrə I yer

Cavidan Qasımov “Arıçılıq” nominasiyası üzrə III yer

Zəhra Əsədova "Meşə məhsulları" nominasiyası üzrə III yer

Əli Dahiroğlu "Balaca fermer" nominasiyası üzrə III yer

Nəzrin Babayeva müsabiqədə fəal iştirakına görə sertifikat

Əziz Süleymanov müsabiqədə fəal iştirakına görə sertifikat

 

Xaçmaz rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri:

 

Röya Hacıyeva müsabiqədə fəal iştirakına görə sertifikat

Nurcan Hacıyeva müsabiqədə fəal iştirakına görə sertifikat

Diana Bayramlı müsabiqədə fəal iştirakına görə sertifikat

 

Şabran rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri:

 

Ləman Yusifova “Meyvəçilik” nominasiyası üzrə III yer

Yusif Yusifov “Tərəvəzçilik” nominasiyası üzrə III yer

 

Siyəzən rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü:

 

Hacıağa İsrafilov “Gülçülük” nominasiyası üzrə III yer

 

 

Müsabiqənin təşkilində məqsəd regionlar üzrə ekoloji təmiz kənd təsərrüfatının inkişafı və Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması sahəsində məktəblilərin bilik və bacarıqlarının artırılması, ekoloji təmiz yerli mədəni bitki növlərinin becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanılması, kənd təsərrüfatı sərvətlərinin öyrənilməsi, onların istifadəsi, bərpası və mühafizəsinə dair şagirdlərin maarifləndirilməsindən ibarət olub.


Açar sözlər: