Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rayon sektorlarından Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazanan şagirdlərin valideynlərinə təşəkkür məktubu ünvanlanıb.
Təşəbbüsün əsas məqsədi valideynlərə təşəkkür etməklə bərabər məktəblilərin növbəti mərhələyə daha əzmlə hazırlaşmalarına və bu prosesdə valideynlərin övladlarına dəsdəyinə stimul verməkdən ibarətdir.
Qeyd edək ki, Respublika fənn olimpiadalarının yarımfinalına Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərdən 478 şagird vəsiqəni təmin edib.