Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın tətbiq olunduğu məktəblərin direktor, təşkilatçı və psixoloqlarının iştirakı ilə görüş keçirilib.
Görüşdə "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” müzakirə olunub, qaydaların tətbiqi ilə bağlı təlimat diqqətə çatdırılıb, layihə ilə bağlı suallar cavablandırılıb.
"Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” ümumi təhsil müəssisələrində təhsilalanların davranış qaydaları və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi məqsədilə ölkə üzrə 300 dövlət ümumi təhsil müəssisəsində pilot layihə kimi tətbiq edilir.
Qeyd edək ki, Quba-Xaçmaz regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 20 məktəbdə artıq layihənin tətbiqinə başlanılıb.