18-19 fevral 2023-cü il tarixlərində Quba-Xaçmaz Regional Təhsil İdarəsi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə “Qış Liderlik Düşərgəsi” keçirilib.
Gənc direktor müavinlərinin iştirak etdiyi düşərgə gənc təhsil verənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə təşkil olunub. Seçilmiş 25 iştirakçıya 2 gün müddətində “Liderlik”, “Konfliktin idarəedilməsi”, “Kommunikasiya”, “Layihə idarəetməsi”, “Buraxılış siniflərində keyfiyyətin artırılması üçün strateji planın hazırlanması” təlimləri keçirilib.
Fəaliyyət Elm və Təhsil Nazirliyinin elan etdiyi “2022/2023-cü illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsində qalib olmuş “XXI əsrin tələblərinə uyğun təhsil-gənc müəllimlərin peşəkarlığının artırılması” layihəsi çərçivəsində həyata keçirilib.