18-19 fevral tarixlərində respublika fənn olimpiadalarının informatika fənni üzrə yarımfinal turu keçirilib.
Yarımfinal turunda 8-ci sinif üzrə 185, 9-cu sinif üzrə 161, 10-сu sinif üzrə 99, 11-ci sinif üzrə isə 84 şagird iştirak hüququ qazanıb.
Nəticələr www.olimpiada.edu.az saytı üzərindən elan olunub.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən iki şagird yarımfinalda iştirak edib, onlardan biri - Xaçmaz rayonu Əzizəddin Tahirov adına Köhnə Xaçmaz kənd tam orta məktəbinin IX sinif şagirdi Ömər Əliyev finala vəsiqə qazanıb.
Qeyd edək ki, respublika fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə təşkil olunur.