“Regionlarda müasir metodik xidmətin təşkili” layihəsi üzrə müəyyənləşdirilmiş pilot məktəblərdə direktor müavinləri ilə keçirilmiş təlimlər zamanı müəyyən olunmuş istiqamətlər üzrə işin təşkili vəziyyətinin yoxlanılması məqsədilə monitorinqlər keçirilir.
Monitorinqlər zamanı ibtidai siniflərdə dərslər dinlənilir, müəllimlərin metodik xidmətlə bağlı qarşılaşdıqları problemlər və onların həlli yolları müzakirə olunaraq müvafiq tövsiyələr verilir.
Qeyd edək ki, layihə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi” fəaliyyət istiqamətinə əsasən Respublikanın 66 məktəbində pilot olaraq tətbiq edilir.