22.02.2023

"İnsan alveri - müasir köləlik" adlı tədbir  keçirilib

Şabran rayonu Gəndov kənd tam orta məktəbində "İnsan alveri - müasir köləlik" adlı tədbir  keçirilib.

 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Samirə Baladadaşova ümumbəşəri problem olan insan alverinə qarşı cəmiyyətin duyarlı davranmasının vacibliyindən danışıb. O, hər il minlərlə insanın, əsasən, qadın və uşaqların istismar və ya başqa məqsədlərlə insan alverinin qurbanı olduğunu qeyd edərək məktəbliləri özləri və ətraflarındakı insanlar üçün bu mövzuda diqqətli olmağa çağırıb.

 

Daha sonra məktəblilər mövzu ətrafında çıxışlar edib, hazırladıqları səhnəciklə insanların necə bu alverin qurbanlarına çevrilməsini göstərməyə çalışıblar.

 

Tədbirin sonunda şagirdlərin insan alverinin qurbanı olmamaq üçün nələrə diqqət etmək lazımdır mövzusu ətrafında fikirləri dinlənilib, onları maraqlandıran məqamlar müzakirə edilib.

 


Açar sözlər: ,  ,  ,