23.02.2023

“Heydər Əliyev – xalqa bağışlanan ömür”

Qusar rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev – xalqa bağışlanan ömür” adlı şeir müsabiqəsi keçirilib.

 

Müsabiqədə rayonun 50 məktəbinin V-VIII sinif şagirdləri iştirak edib. Məktəb mərhələsindən seçilmiş 45 şagird rayon mərhələsində çıxış etmək şansı qazanıb. Müsabiqənin yekun nəticələrinə əsasən isə 3 nəfər I, 3 nəfər II, 5 nəfər isə III yerə layiq görülüb.

 

Müsabiqə məktəblilərdə qiraətə marağın artırılması, istedadlı şagirdlərin aşkara çıxarılması, habelə həyatını xalqına həsr edən dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixində dərin iz buraxan siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətini gənc nəslə aşılamaq məqsədilə "Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev İli elan edilməsi ilə bağlı Tədbirlər Planı” çərçivəsində keçirilib.


Açar sözlər: ,  ,