24.02.2023

Xocalı soyqırımının 31-ci ildönümü

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı tədbirlər keçirilib.

 

Tədbirlər dəyirmi masa, dərs, təqdimat, rəsm, inşa müsabiqəsi və s. formatlarda təşkil olunub.

 

Tədbirlərin təşkil olunmasının əsas məqsədi Vətən yolunda canından keçənlərin ehtiramla xatirəsini yad etmək, məktəblilərdə vətənpərvərlik hissini daha da yüksəltmək və Xocalı soyrıqımı zamanı xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri onlara çatdırmaqdan ibarətdir.

 

Tədbirlərdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərə 31 il bundan əvvəl erməni terrorçularının Xocalıda törətdikləri vəhşiliklərdən danışılıb, XX əsrin Azərbaycan xalqının həyatına, tarixinə qəhrəmanlıq salnamələri ilə yanaşı, həmçinin qanlı fəlakət və faciələrlə yazıldığı bildirilib, Vətən müharibəsində - 10 noyabr 2020-cil tarixdə Xocalının yağı düşmənlərdən geri qaytarılmasından danışılıb.

 

Tədbirlərdə Xocalı faciəsində törədilən vəhşilikləri əks etdirən videoçarxlar  nümayiş olunub, məktəblilər kompozisiyalarla çıxış ediblər.


Açar sözlər: ,  ,