21.02.2023

Məktəblilərin iştirakı ilə lüğət-kitabça və 9 müxtəlif adda qəzet hazırlanıb nəşr etdirilib

Quba şəhəri Mehrab Niftəliyev adına Texniki təmayüllü liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Fəridə Dostuyeva-Kərimli liseyin şagirdlərilə birlikdə 21 Fevral- Beynəlxalq Ana Dili Günü ilə əlaqədar iki fərqli layihə həyata keçirib.

 

"Dilimizin zənginliyini kəşf edək!" adlı layihə çərçivəsində VIII b sinfinin şagirdlərinin iştirakı ilə Azərbaycan dilinin lüğətində mövcud olan, lakin fəal işlənməyən, ümumişləkliyini itirən sözlər toplanılaraq "Söz boxçası" adlı lüğət-kitabça şəklində nəşr etdirilib. "Səsimiz eşidilsin!" adlı layihə çərçivəsində isə X sinif şagirdləri ilə birlikdə 9 müxtəlif adda qəzet hazırlanıb nəşr etdirilib.

 

Layihənin məqsədi şagirdlərdə müxtəlif üslublarda məqalələrin yazılması bacarığını inkişaf etdirmək, qazandıqları bacarıqlardan istifadə edərək təhsil məhsulu yaratmaqdır.


Açar sözlər: ,