22.02.2023

Məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün keçirilən təlimlər yekunlaşıb

Quba rayonunda fəaliyyət göstərən dövlət məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün kargüzarlıq işinin təşkili mövzusunda keçirilən təlimlər yekunlaşıb.

 

Təlimlərdə kargüzarlıq anlayışı və mahiyyəti, kargüzarlıq xidmətinin əsas vəzifələri - daxil olan sənədlərin qəbul edilməsi, qeydə alınması, sənədlərin göndərilməsi, icra müddətinə nəzarət edilməsi, sənədlərin hazırlanması, rəsmiləşdirilməsi, əlavələr edilməsi, surətlərinin çıxarılması və çoxaldılması üçün ümumi tələblər diqqətə çatdırılıb, möhürdən düzgün istifadə, əmək kitabçalarının yazılması, əməli yazı nümunələrinin düzgün yazılış qaydaları izah olunub.

 

Təlimlərin keçirilməsində məqsəd müəssisə rəhbərlərinə işin təşkilində dəstək göstərmək, kargüzarlıq dövriyyəsinin yaxşılaşdırılması olub.