15.02.2023

Şagirdimiz “Sabahın alimləri” XII respublika müsabiqəsinin final mərhələsində iştirak edib

Xaçmaz şəhəri Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin 10 a sinif şagirdi Nigar Əliyeva “Sabahın alimləri” XII respublika müsabiqəsinin final mərhələsində iştirak edib.

 

O, mühəndislik istiqaməti üzrə ilin dörd fəsli istənilən hava şəraitində enerji ala bilən qurğusunu təqdim edib.

 

Qeyd edək ki, müsabiqədə 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarəolunması, mühəndislik, kompüter elmləri) üzrə qeydiyyatdan keçən 486  layihədən 163-ü sərgidə iştirak etmək hüququ qazanıb.

 

Müsabiqə Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ), Heydər Əliyev Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və "BP Azərbaycan" şirkətinin təşkilatçılığı ilə keçirilib.


Açar sözlər: ,  ,  ,