27.02.2023

Region məktəblərində idman həftəsi başladı

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində idman həftəsi çərçivəsində tədbirlər keçirilir.

 

Qeyd edək ki fevralın 27-dən etibarən 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı idman həftəsinə start verilib.

 

Layihə çərçivəsində məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil edilir.

 

Qeyd edək ki, "İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.


Açar sözlər: ,