01.03.2023

Beynəlxalq Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirici tədbirlər

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbllərində Beynəlxalq Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirici tədbirlər keçirilib.

 

Tədbirlərdə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin Mülki Müdafiə şöbəsinin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin hərbi rəhbərləri və müəllim-şagird heyəti iştirak edib.

 

Tədbirlər şagirdlərin "Fövqəladə hallar uşaqların gözü ilə" adlı rəsm sərgisi ilə başlanıb. Bunun ardınca mülki müdafiə mövzusunda keçirilən "açıq dərs"lər dinlənilib.

 

Daha sonra isə mülki müdafiənin əhəmiyyəti, fövqəladə hallarda davranış qaydaları, kimyəvi və bioloji silahların törətdiyi fəsadlardan qorunma üsulları barədə söhbət aparılıb, yuxarı sinif şagirdləri arasında sanitar yarışı keçirilərək qısa vaxt ərzində tənzif və pambıqdan aspirator düzəldilməsi qaydası izah olunub.

 

VI sinif şagirdlərindən təşkil olunmuş qruplar arasında isə mülki müdafiə mövzusunda yarışma keçirilib.

 

Yekunda məktəblilərin binadan təxliyyəsi və şərti olaraq dağıntılar arasında qalanların xilasetmə əməliyyatı, yaralılara ilkin tibbi yardım göstərilməsi və yanğının söndürülməsi nümayiş etdirilib.


Açar sözlər: ,