Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IV siniflərində şagirdlərin oxuyub-anlama bacarıqları üzrə beynəlxalq qiymətləndirmə tədqiqatlarına əsaslanan monitorinqlər təşkil olunur.
Qeyd edək ki, monitorinqlər beynəxalq qiymətləndirmə düşərgəsində xüsusi təlim keçmiş 30 müəllim tərəfindən təsadüfi yolla seçilmiş müxtəlif məktəblərdə keçirilir.
Proses yekunlaşdıqdan sonra nəticələrin ümumiləşdirilərək təhlili və müzakirə olunması nəzərdə tutulur.