01.03.2023

“Narkomaniya-ağ ölüm“

Qusar rayon ümumtəhsil məktəblərində “Narkomaniya-ağ ölüm“ mövzusunda tədbirlər keçirilib.

 

Tədbirlərdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə təhsil sektorunun, Rayon Polis Şöbəsi və Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları, həmçinin müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

 

Keçirilən tədbirlədə narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarını məhv etməsindən danışılıb. Bildirilib ki, “ağ ölüm” kimi az qala bütün dünyanı bürüyən bu bəla, hər il çox sayda insanın ölümünə səbəb olur. Narkomaniya, dini radikalizm, erkən nikaha daxilolma halları, hüquqpozmalara şərait yaradan dərsdən yayınma hallarının qarşısını almaq üçün dövlət orqanları, ictimai təşkilatlar, ictimaiyyət nümayəndələri, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda vaxtaşırı maarifləndirici tədbirlər keçirməlidirlər.

 

Tədbirlərin sonunda zərərli vərdişlərin vurduğu bərpaolunmaz ziyanları əks etdirən videoçarxlar nümayiş etdirilib, gənclər dini radikalizmdən və zərərli vərdişlərdən uzaq durmağa, dərslərini yaxşı oxuyaraq  cəmiyyətə faydalı vətəndaş olmağa çağırılıb.


Açar sözlər: ,  ,