02.03.2023

“Heydər Əliyev İli” çərçivəsində “Xəmsə” milli intellektual oyunu

Şabran rayon ümumtəhsil məktəblərinin müəllimləri arasında “Heydər Əliyev İli” çərçivəsində keçirilən “Xəmsə” milli intellektual oyununun finalı baş tutub.

 

İntellektual oyunda 12 məktəb komandası (şəhər 1, 2, 3, 4 nömrəli, Ağbaş, Ağalıq, Uzunboyad, Pirəbədil, Aygünlü kənd tam orta, 2 nömrəli, Çayqaraqaşlı, Xəlfələr kənd ümumi orta məktəblərinin komandaları) mübarizə aparıb.

 

Hər oyununda 4 komandanın mübarizə apardığı yarışmanın finalına ən yüksək xallı 4 komanda vəsiqə qazanıb. Final oyununda şəhər 1, 2, 3 nömrəli və Ağbaş kənd tam orta məktəbinin müəllimləri qalibiyyət uğrunda yarışıb. Oyunun nəticələrinə əsasən P. İdrisov adına Ağbaş kənd tam orta məktəbinin komandası I, S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin komandası II, R. Yusifov adına 2 nömrəli texniki təmayüllü tam orta məktəb-liseyin komandası III yerə çıxıb.

 

Qalib komandalar Şabran rayon Gənclər və İdman İdarəsinin təşəkkürnaməsi, ATİAHİ-nin Şabran rayon komitəsinin fəxri fərman və hədiyyələri ilə təltif olunublar.

 

Qeyd edək ki, yarışma Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Şabran rayonu üzrə təhsil sektoru, Şabran rayon Gənclər və İdman İdarəsi və ATİAHİ Şabran rayon komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.


Açar sözlər: ,