03.03.2023

Xaçmaz rayon ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüş

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev Xaçmaz rayon ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.

Görüşdə rayon məktəblərinin I yarımil üzrə təlim nəticələri və respublika fənn olimpiadalarının nəticələri, həmçinin məktəblərdə şagird davamiyyəti və buraxılış imtahanlarına hazırlıq prosesi müzakirə olunub, əsas hədəflər bir daha məktəb rəhbərlərinin diqqətinə çatdırılıb.


Açar sözlər: