06.03.2023

Regionda gənc məktəblilər və müəllimlərin də iştirakı ilə intellektual oyunlar

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Mənim Azərbaycanım” intellekt marafonu layihəsi çərçivəsində region gəncləri arasında intellektual turnir keçirilir. 

 

Turnirdə region məktəbləri də öz gənc müəllim və şagirdlərdən ibarət komandaları ilə iştirak edirlər.

 

Buvaxta qədər Siyəzən, Şabran, Xaçmaz və Qusar rayonlarında ən son isə Qubada seçim turları keçirilib. Nəticələrə əsasən Siyəzən şəhər 2 nömrəli tam orta məktəbin müəllim və şagirdlərdən ibarət “Müşfiq” komandası, Şabran şəhər 3 nömrəli tam orta məktəbin müəllim və şagirdlərdən ibarət “Samir” komandası, Xaçmaz şəhər 6 nömrəli tam orta məktəbin müəllim və şagirdlərdən ibarət “Turan” komandası, Qusar rayonu Bədirqala kənd ümumi orta məktəbinin “Yurdum” komandası və Qusar şəhər 1 nömrəli tam orta məktəbin “Zəfər” komandası, Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin müəllim və şagirdlərdən ibarət “T-Team” komandası final mərhələsində iştirak etmək hüququ qazanıb.


Açar sözlər: