07.03.2023

"Sürətli oxu" müsabiqəsi keçirilib

Şabran rayon ümumtəhsil məktəblərinin IV sinif şagirdləri arasında "Sürətli oxu" müsabiqəsi keçirilib.

 

Müsabiqədə rayonun 28 məktəbindən 60 şagird iştirak edib. Şagidlər onlara təqdim olunmuş mətni bir dəqiqə ərzində sürətli, düzgün, səlis, intonasiya ilə oxuyub, məzmununu izah etməyə çalışıblar.

 

Müsabiqə şagirdlərdə oxuyub anlama bacarıqlarının formalaşdırılması və mütaliəyə marağın artırılması  məqsədilə təşkil olunub.

 

Müsabiqənin nəticələrinə əsasən Şabran rayon Pirəbədil kənd tam orta məktəbinin şagirdi Lalə Qarayeva I, O. Bəşirov adına 2 nömrəli ümumi orta məktəbin şagirdi Fuad Salmanov II, Dəvəçi kənd tam orta məktəbinin şagirdi Ülvi Məlikzadə III yerə layiq görülüb.


Açar sözlər: ,  ,