Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev Şabran rayon təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.
Görüşdə rayon məktəblərinin I yarımil üzrə təlim nəticələri və respublika fənn olimpiadalarının nəticələri, həmçinin məktəblərdə şagird davamiyyəti və buraxılış imtahanlarına hazırlıq prosesi, müəssisələrin əsas problemləri müzakirə olunub, əsas hədəflər bir daha müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb.